03-02-2010

Əhmədinejad Amerikaya şok təklif etdi!

Əhmədinejad Amerikaya şok təklif etdi! Paylaş

"Gəlin, İranda nüvə stansiya tikin"

QayNar: İran prezidenti Mahmud Əhmədinejad nüvə sahəsində ABŞ-la əməkdaşlığa hazır olduqlarını, Qərb ölkələrinin razılığı olarsa, İranda nüvə stansiya inşa edə biləcəklərini söyləyib. Qaynar.info xəbər verir ki, Əhmedinejad, dövlət televiziyasında canlı olaraq etdiyi çıxışda, nüvə enerjisi fəaliyyətləri və Qərb dövlətləri ilə münasibətlərinə toxunub. Qərb ölkələrin əvvəllər İranın nüvə enerjisi əldə etmək istəklərini qəti şəkildə pisilədiyini bildirən Əhmedinejad, artıq əməkdaşlıq və müzakirənin gündəmə gəldiyini söyləyib. Qərb ölkələri ilə uran mübadiləsi müzakirələrinin davam etdiyini söyləyən Əhmedinejad, "Uranı 20 faiz zənginləşdirəcək imkana sahibik, bunu qərblilər də bilir" - deyə əlavə edib.

Əhmedinejad, ABŞ və digər Qərb ölkələrini nəzərdə tutaraq, "Əməkdaşlıq istəyirlər, biz də müsbət qarşıladıq. Bəziləri qəbul etdi, amma İngiltərə və sionist İsrail rejimi buna qarşı çıxdı. Onlar, İranın nüvə gücləri ilə əməkdaşlıq etməsindən narahat oldular. Bəzi ölkələr də bilməyərək onlarla əməkdaşlıq etdi" - deyə bildirib.

"Biz bomba hazırlayacaq olsaq, bunu söyləyəcək cəsarətə də sahibik" - deyən Əhmədinejad sözlərinə belə davam edib: "İndi əməkdaşlıq etmək

istəyirlər, buyursunlar bizim üçün qorxusu yoxdur, gəlsinlər nüvə stansiyası inşa etsinlər, 20 dənə nüvə enerjisi stansiyası tiksinlər. Rusiya, Fransa və ABŞ gəlsin nüvə stansiyası tiksin, nə qorxusu var ki. Gəlsinlər müqavilə bağlayaq, həm bizim, həm onların mənfəətinə. Amma əgər gəlməzlərsə, bir neçə il sonra bunu özümüz edəcəyik».//QayNar




Oxunub: 257 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax