Qondarma erməni "soyqırımı" haqqında qanun layihəsi ABŞ Nümayəndələr palatasında səsverməyə çıxarılır
Paylaş
Qanun layihəsini 135 konqresmen dəstəkləyir QayNar: Qondarma erməni "soyqırımı" haqqında qanun layihəsi martın 4-də ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komissiyasında səs verməyə çıxarılacaq. Qaynar.info "Panarmenian.net"ə istinadən xəbər verir ki, layihənin təşəbbüskarı xarici əlaqələr komissiyasının sədri Hovard Bermandır.
ABŞ Hay Dat qrupuna əsasən, qrup sədri Ken Xaçikyan erməni "soyqırımı"nın qəbulunu dəstəkləyən bir neçə konqresmenlə, qanun layihəsinin həmmüəllifləri - Adam Şiff, Frank Paloun, Bred Şerman danışıqlar aparıb.
Erməni millətçi Ken Xaçikyan qeyd edib ki, hazırda qanun layihəsini 135 konqresmen dəstəkləyir Demokrat partiyasından olduğu kimi, eləcə də Respublikaçı partiyasından olan üzvlər bu sıraya daxildir.//
QayNar
Oxunub: 104 dəfə. Şərhlər: 1
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax