06-02-2010

«Evdar kişi»lərin sayı niyə artır?

«Evdar kişi»lərin sayı niyə artır? Paylaş
QayNar: Britaniyalı tədqiqatçılar müəyyənləşdiriblər ki, hər 5 qadından biri ərindən çox pul qazanır. 1960-cı illərin sonlarında «evi dolandıran» qadınlar cəmi 4% idisə, 2000-ci ildə bu rəqəm 19%-ə yüksəlib. Qaynar.info Milli.az-a istinadən xəbər verir ki, tədqiqatçılar hesab edirlər ki, belə qadınların sayı bundan sonra da artacaq. Çünki hazırda 25% xanım ərilə eyni qazanca malikdir və qarşıdakı dövrdə onların daha da «irəli getmələri» mümkündür.

Kişilərə gəlincə, son 15 ildə işsiz ataların sayı 80%-ə çatıb! 1994-cü ildə 120 min britaniyalı kişi evdə uşaqları ilə otururdusa, hazırda onların sayı 214 mindir. Mütəxəssislər hesab edirlər ki, bu, 70-ci illərdən etibarən kişilərin qahınlarla hüquqların bərabərliyinə daha loyal yanaşmasının nəticəsidir.//QayNar



Oxunub: 222 dəfə.     Şərhlər: 1
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax