06-02-2010

İki məşhur şou adamı deputatlığa namizəd olacaq

İki məşhur şou adamı deputatlığa namizəd olacaq Paylaş

Onların Milli Məclisə düşmək şansları yüksəkdir

QayNar: «Xalq artisti Faiq Ağayev və tanınmış teleaparıcı İlham Mirzəyev 2010-cu ildə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliklərini verəcəklər. Maraqlı odur ki, bu şou adamlarının hər ikisi eyni dairədən namizəd olacaqlar».  Bu barədə məlumatı Qaynar.info-ya məşhur müğənnilərdən biri verib. Onun sözlərinə görə, bu iki şou adamı namizədliklərini Səbail rayon dairəsindən verməyi qətiləşdiriblər. Mənbə vurğulayır ki, hər iki şəxsin deputat olmaq şansları yüksəkdir. Deyilənlərə görə, seçkilər zamanı əsas rəqabət də elə iki müxtəlif qüvvələr tərəfindən namizədlikləri irəli sürülmüş bu şou adamları arasında gedəcək.

İstirahət günləri olduğu üçün tərəflərin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini öyrənməyə çalışacağıq.//QayNar




Oxunub: 378 dəfə.     Şərhlər: 3
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax