Bu gün Ukraynada prezident seçkilərinin ikinci turudur
Paylaş
QayNar: Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Qaynar.info-nun məlumatına görə, ikinci turda hazırkı baş nazir Yuliya Timoşenko və keçmiş baş nazir, Regionlar Partiyasının lideri Viktor Yanukoviç yarışacaqlar. Birinci turda namizədlərin heç biri qalib gələ bilməyib. İkinci tura ən çox səs toplayan Yanukoviç (35,32 faiz) və Timoşenko (25,05 faiz) çıxıblar.
Ekspertlər ikinci tur ərəfəsində də Yanukoviçin şanslarının daha üstün olduğunu bildirirlər. Bəzi proqnozlara görə, o, 3-5 faiz fərqlə qalib gələcək. Buna baxmayaraq, heç kim qəti proqnoz verməyə tələsmir. Hər şey birinci turda 13 faizə yaxın səs toplayaraq üçüncü olan Sergey Tiqipkonun, hazırkı prezident Viktor Yuşşenkonun, eləcə də digər namizədlərin seçicilərinin kimə səs verməsindən asılı olacaq.//QayNar
Oxunub: 124 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax