08-02-2010
Paylaş
QayNar: Məşədi Əzizbəyovun heykəlinin götürülməsindən sonra onun bolşevik silahdaşlarının da məsələsi gündəmə gəlib. “Azadlıq” radiosu Ayna Sultanova haqqında maraqlı material yayıb. Onun “Atatürk” prospektindəki parkdakı heykəlinin açılışının olma vaxtını araşdıran müəllif “Kommunist” qəzetinin 1986-cı il 19 aprel tarixli sayında suallara cavab tapıb. Həmin materialda bildirilir ki, aprelin 18-də V.İ.Leninin anadan olmasının 116-cı il dönümü ərəfəsində Bakıda “partiyanın və xalqın şanlı qızının abidəsi təntənəli şəraitdə açılmışdır”. Minlərlə bakılının iştirak etdiyi mitinqi Bakı şəhər Partiya Komitəsinin ikinci katibi Sokolov açıb. Tədbirdə Azərbaycan MK-nın birinci katibi K.M.Bağırov da çıxış edib. O deyib: “Ayna Sultanova Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış leninçi bolşeviklər nəslinin şanlı dəstəsinə aid idi. Ona Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimləri M.Əzizbəyov, N.Nərimanov, Stepan Şaumyan və Alyoşa Caparidze ilə birlikdə işləmək nəsib olmuşdur. Ayna Sultanova 1918-ci ildə Zaqafqaziyada, hətta bütün Şərqdə Lenin partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilib. Sverdlov adına Kommunist Universitetinə daxil olur. RSFSR Xarici İşlər Komissarlığında işləyir. Həmin illərdə o şəxsən V. İ. Leninlə görüşür”.
A.Sultanova “Şərq qadını” jurnalının redaktoru işləyib. 1934-cü ilin martında isə Azərbaycan SSR Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri vəzifələrinədək ucalır. Burada diqqət çəkən məsələ A.Sultanovanın xalqımızın qəddar düşməni Şaumyanla birgə çalışması barədə deyilənlərdir. Görəsən, heç olmasa bundan sonra onun abidəsinin götürülməsinə qərar veriləcəkmi? //QayNar