08-02-2010

Viktor Yanukoviç qələbəsini qeyd edir

Paylaş

QayNar: Ukraynada keçirilmiş prezident seçkisinin ikinci turunda Regionlar Partiyasının başçısı Viktor Yanukoviç qələbə qazanıb. Ekzit-polun nəticəsinə görə Yanukoviç 3 faiz üstünlüklə Timoşenkonu geridə qoyub. Qaynar.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyası hələ də səslərin sayılması ilə məşğuldur. İndiyədək səslərin 80 faizi hesablanıb. Son nəticəyə görə etibarlı sayılan bületenlərin hesablanması zamanı Yanukovinçin 49.21 faiz, Timoşenkonun isə 45.15 faiz səs topladığı məlum olub. Seçkilərin rəsmi nəticələrini gözləməyən Viktor Yanukoviç artıq öz qələbəsini elan edib. Seçkinin bütün Ukrayna üçün yeni imkanlar açdığını deyən Yanukoviç Timoşenkoya baş nazir kürsüsünü tərk etməsini məsləhət görüb. //QayNar




Oxunub: 136 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax