08-02-2010

Taliblərə qarşı iri miqyaslı əməliyyat keçiriləcək

Paylaş

QayNar: Əfqanıstanda taliblərə qarşı iri miqyaslı əməliyyat keçiriləcək. Bu haqda NATO qoşunlarının Əfqanqıstandakı qərargahının başçısı general Stenli Makkristal bildirib. Qaynar.info xəbər verir ki, əməliyyatlar ölkənin cənubundakı Himlmənd əyalətində keçiriləcək. Əməliyyatlarda NATO qüvvələri ilə yanaşı Əfqanıstan ordusu da iştirak edəcək. Ekspertlər də sözü gedən əməliyyatın 2001-ci ildən bəri taliblərə qarşı aparılan ən iri əməliyat olacağı qənaətindədirlər. Azadlıq radiosunun verdiyi məlumata görə döyüşlərdən ehtiyyat edərək minlərlə yerli sakin öz evlərini tərk etməyə başlayıb. Bu arada Əfqanıstanın Balx əyalətində taliblərlə İsveç sülhməramlıları arasında silahlı toqquşma baş verib. Nəticədə iki İsveç əsgəri həlak olub daha 2 nəfər isə yaralanıb. İnsident Mazari Şərif şəhərindən 40 kilometr aralıda baş verib. Yaraqlıların itkiləri haqda məlumat yoxdur. //QayNar




Oxunub: 88 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax