08-02-2010
Paylaş
Əfşar Süleymani il
ə azərbaycanlı jurnalist xanımın macərası davam edir“Mənim Azərbaycanda ailə həyat
ı qurmağım və bu barədə İran dövlətini xəbərdar etməməyim barədə Azərbaycan telekanallarında və qəzetlərində yazılanlar tamamilə yalandır”. Bunu açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Hazırda İranda olan keçmiş səfirin sözlərinə görə, bütün yazılanlar ona atılan böhtandır. Xatırladaq ki, bir müddət bundan əvvəl Ə.Süleymaninin İranda həbs olunması barədə xəbər yayılmışdı. “Xural” qəzetinin yazdığına görə, Tehran məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra isə diplomat 2500 dollar girov müqabilində sərbəst buraxılıb.Q
əzetin yazdığına görə, keçmiş səfir Azərbaycanda çalışarkən burada növbəti dəfə ailə qurması barədə ölkəsinə məlumat verməyib. Bu isə İran qanunlarına ziddir. Məhkəmə iddiasının isə onun Azərbaycandan olan həyat yoldaşı Şəmsiyyə Bəylərqızı tərəfindən qaldırıldığı bildirilir. Azərbaycan vətəndaşı olan jurnalist Şəmsiyyə Bəylərqızı isə “ATV” telekanalına müsahibəsində Əfşar Süleymani ilə evli olduğunu və sonradan boşandığını, hətta ondan azyaşlı bir oğlu olduğunu bildirib. Ə. Bəylərqızının sözlərinə görə, o, keçmiş ərinə qarşı mülki iddia qaldırıb, bu isə keçmiş səfirin həbsi ilə nəticələnib. Belə ki, bundan əvvəl İran hökuməti Ə. Süleymaninin Azərbaycanda evlənməsindən xəbərsiz olub.Ə.S
üleymani isə bildirib ki, Ş.Bəylərqızı onun və qohumlarının etimadını qazanaraq, onlara məxsus külli miqdarda pul mənimsəyib. Diplomat məsələ ilə bağlı hələ 20 sentyabr 2008-ci il tarixində Azərbaycan daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə bildirilir ki, "2006-cı ildə - səfirlik missiyasının son zamanlarında bir xanım mənə müraciət edib, özünü Şəmsiyyə Bəylər qızı Rzayeva (Beynəlxalq Ekspertiza və Müdafiə Mərkəzinin sədri) kimi təqdim edib. Ş.Rzayeva təklif edib ki, Ə.Süleymaninin səfir olduğu müddətdə görülmüş işlər haqqında “Azərbaycanı Vətəni bilən diplomat” adlı kitab yazmaq istəyir. Səfirin sözlərinə görə, Ş.Bəylərqızı onun müsahibəsi əsasında başqa iki kitab da yazıb və bu üç kitab Şəmsiyyə xanım tərəfindən heç bir maddiyyat tələb eləmədən hazırlanıb: “Bu kitabların hazırlanması üçün biz dəfələrlə Şəmsiyyə xanımla görüşürdük və bu söhbətlərin əsasında bildirdi ki, Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici qurumlarla, habelə Şərq ölkələri ilə, xüsusilə Yaponiya dövlətilə çox sıx əlaqədədir. O bildirdi ki, hər bir işi və ya tapşırığı sənədləşdirmək və buna bənzər məsələləri həll etmək iqtidarındadır və beləliklə öz səlahiyyətini bildirdi”. Ə.Süleymani bildirib ki, səfirlik müddəti bitəndən sonra məcburiyyət qarşısında bir neçə ay oğlunun universitetdə 1-ci kursu bitirməsini gözlədiyi üçün Azərbaycanda qalmalı olub və bu zaman Ş.Bəylərqızı ona yaxına adamlardan təxminən 1 milyon 200 min ABŞ dolları alıb və indiyə qədər heç bir iş görməyib, pulları da geri qaytarmayıb. Ə.Süleymani dediklərinin təsdiqi kimi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq şöbəsinin müstəntiqi T. Zeynalovun 26 noyabr 2008-ci il tarixində tərtib etdiyi protokolun sürətini də təqdim edib. Ə.Süleymani bildirib ki, İranda bir neçə gün həbsdə saxlanılsa da, hazırda azadlıqdadır.Əf
şar Süleymani Ş.Bəylərqızı ilə ailə qurmadığını, bu xanımın yalan danışdığını söyləsə də, jurnalist xanım Lent.az-a bunun əksini deyib. Bildirib ki, onun səfirlə Azərbaycanda molla kəbini, İranda isə həm dövlət, həm də molla kəbini olub: “Münasibətlər bu çərçivədə davam etdi və mən ailəli olaraq xeyli müddət İranda yaşadım. Əfşar Süleymaninin anasının Ərdəbildəki evində oldum. Məndə bütün telefonların nömrələri var. Məni münasibətlərin bu dərəcədə araşdırılmasına vadar edən Əfşar Süleymaninin axmaq çıxışları və sözlərinin mətbuatda bu dərəcədə yayımlanması oldu”. Münasibətlərinin kəskinləşməsinə gəldikdə, jurnalist xanım bunları deyib: “Səbəb Əfşar Süleymaninin Azərbaycandakı digər qadınlarla münasibətləri oldu, mənə xəyanət etdi”. O, Ə.Süleymanidən uşaq dünyaya gətirdiyini də bildirib: “Bu gün də mənim əlimdə atalığın təyin olunması, alimentin verilməsi barədə məhkəmə hökmü var”.Ş.B
əylərqızı pulla bağlı məsələyə də reaksiya verib: “Əfşar Süleymaninin İranda qohumları var. Bilmirəm ki, bu pulu hardan alıb, nə edib. Onun üzərində həmişə pul olurdu, haradan alırdı, mən necə bilə bilərəm?! 1 milyon 200 min yox, üzərində 3 milyona qədər də pul olub. Mən nə bilim ki, o pulu haradan alıb. Mən 1 milyon 200 min dolları görməmişəm. Əfşar Süleymani müsahibəsində deyir ki, bir neçə gün həbsdə olmuşam, indi azadlıqdayam. Ona sual verən yoxdur ki, niyə həbsdə olmusan? Mən İranda da məhkəməyə müraciət etmişəm, məhkəmə gedir”.Ş.B
əylərqızı sabiq səfirin onunla evləndiyi barədə sənədlər də təqdim edib. Bu sənədlər sırasında Əfşar Süleymaninin İstanbuldakı alman xəstəxanasına əllə yazılmış yazılı müraciəti də var. Müraciətə imza atan səfir sənədi barmağı ilə də imzalayıb.İranda r
əsmi kəbin və molla kəbini, Azərbaycanda molla kəbini ilə Əfşar Süleymani ilə evlənən Ş.Bəylərqızı sabiq səfirlə evli olduğu, eyni zamanda hamiləlik dövründə Bakıda, İstanbulda və İranda çəkdirdiyi ailəvi şəkilləri də təqdim edib. Jurnalist xanımın Lent.az-a təqdim etdiyi şəkillər sırasında övladları 4 aylıq olarkən ailəvi çəkdirdikləri bir şəkil də var. Cütlüyün münasibətləri pozulduqdan sonra Şəmsiyyə Bəylərqızı atalığın təyin olunması, alimentin verilməsi barədə Nəsimi Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 2008-ci il noyabrın 14-də qərar çıxarıb. Şəmsiyyə Bəylərqızı məhkəmə hökmünün orijinalını da təqdim edib.Bu, tərəflərin mövqeyidir və yəqin ki, az sonra həqiqət tam ç
ılpaqlığı ilə üzə çıxacaq. Ancaq hər şey bir yana, bu, Ə.Süleymaninin timsalında daha bir səfirin Bakı sevdasıdır. Bundan əvvəl ABŞ səfiri Eskuderonun fəaliyyətini başa vurandan sonra Bakıda bizneslə məşğul olması, Rusiya səfiri Bloxinin Göyçayda nar şirəsi zavodunu açdırması kimi faktlarla rastlaşmışıq. Xaricilər üçün hər zaman cənnətə çevrilən Azərbaycan və onun başkəndi nədənsə ölkə vətəndaşları üçün hər zaman cəhənnəm olur.// «Yeni Müsavat» qəzeti