Tanınmışlar toylarına hansı müğənniləri dəvət edirlər?
Paylaş
Qaynar.info mövzunu araşdırdı
QayNar: Hər birimiz yaxınlarımızın, doğmalarımızın toy məclislərində ölkəmizin tanınmış sənət adamlarını görməyə öyrəşmişik. Xüsusi ilə də, tanınmış insanların, deputat, nazir və digər yüksək vəzifə sahiblərinin toylarında səhnəmizin ən populyar ulduzlarına rast gəlmək olar. Bəs tanınmışlar öz toylarına daha çox hansı müğənniləri dəvət edirlər? Qaynar.info məsələ ilə bağlı qısa araşdırma aparıb. Tanınmış produsser Sultan Mustafayev Qaynar.info-ya açıqlamasında toy sahibləri arasında zövq məsələsinin olduğunu desə də, tanınmış insanlar tərəfindən toylara ən çox dəvət edilən bir neçə müğənninin adını açıqladı: «Məsələn, vəzifəlilər öz toylarına daha çox Könül Kərimova, Könül Xasıyeva, Aygün Bəylər, Mətanət İsgəndərli, Qismət, Elza Seyidcahan, Vaqif Şixəliyevi dəvət edirlər».
S.Mustafayevin sözlərinə görə, şəxsən ona toylarında tanınmış müğənnilərin iştirakı təmin etmək üçün çoxlu müraciətlər olur: «Bunların arasında deputatlar, nazir müavinləri və digər nüfuzlu insanlar var. Məsələn mən bu yaxınlarda çox yüksək rütbəli bir məmurun yaxının toyunda iştirak edirdim. Orda toyu müğənnilər Təranə Qumralla Musa Musayev aparırdı».
Tanınmış teleaparıcı, «ATV»nin «El İçində» proqramından tanıdığımız Elçin Əlibəyli Qaynar.info-ya açıqlamasında yaxınlarının toyunda Brilliant Dadaşovanı görmək istədiyini dedi: «Mən Brilliant xanımı ciddi sənət adamı kimi tanıyıram. Düzdü yaxınlarımın toyunda digər müğənniləri də görmək istəyərdim. Məsələn Alim Qasımov toylara getmir, amma mən dəvət etsəm gələr. Digər yandan, Aygün Kazımova bütün toyu aparmır, amma onu da məclisimizdə görmək xoş olar».//QayNar
Oxunub: 418 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax