08-02-2010

İran Cənubi Azərbaycanı özününküləşdirməyə çalışır- EKSKLUZİV

İran Cənubi Azərbaycanı özününküləşdirməyə çalışır- EKSKLUZİV Paylaş

Ərdəbildə təşkil olunacaq kofnransda Cənubi Azərbaycan «Aran» kimi əksini tapır

QayNar: İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyininin təşəbbüsü ilə Ərdəbildə «Azərbaycan və Aranın öyrənilməsində mənbələrdəki problemlər» adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. Qaynar.info ekskluziv olaraq xəbər verir ki, qeyd olunan tədbir Ərdəbil Universitetinin böyük rəhbər administrasiyasının nümayəndəsinin və «Müasir İran tarixinin öyrənilməsi» İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Tədbirin təşkilatçıları tərəfindən internetdə yerləşdirilmiş məlumatda konfransın məqsədi kimi «qədim zamanlardan indiki vaxtadək Azərbaycan və «Aran» barədə dərc edilmiş ədəbiyyatın baxılması, Azərbaycan və «Aran»ın coğrafı məkanı, hər iki regionun dili və danışıq tərzi, xalqların dini (oda sitayişlik, islam, şiəlik, xristianlıq), «Aran» xalqları (talış, tat, ləzgi, avar və s.), hər iki regionun oxşar mədəniyyəti (novruz bayramı, adət ənənələri, dəfin mərasimləri və s.), «Aran»ın İrandan ayrılması üçün tarixin təhrif olunaraq nəzəriyyənin yaradılması və mədəni mühitin formalaşdırılması (sovet dövründə dinə münasibətin yoxlugu, şiəliyin azalması, fars dilinin tədricən məhdudlaşdırılması, yerli danışıq tərzlərinin zəifləməsi (talış, tat və s.), adların, terminlərin, yer adlarının dəyişdirilməsi), Azərbaycandakı xalqların kökü və etnoqrafiyanın öyrənilməsi, Azərbaycanın elmi ədəbiyyatında İran-Rusiya müharibəsi, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycanda və «Aran»da sosial-siyasi hərəkatlar, Arazın hər iki tərəfinin arxeoloji tapıntılarının eyniliyi» barədə müzakirələrin aparılmasının nəzərdə tutulması göstərilib.

Qeyd olunanlardan konfransın ümumən ölkəmizə qarşı yönəlməsi məlum olur. Belə ki, konfransda müzakirə olunacaq yuxarıda qeyd olunmuş mövzularda tədbir təşkilatçıları cənubi Azərbaycanı «Aran» kimi qeyd edərək onu Azərbaycandan ayırır (qədim tarixlərdən indiki vaxtadək Azərbaycan və Aran barədə dərc edilmiş ədəbiyyatın baxılması, Azərbaycan və Aranın coğrafı məkanı, hər iki regionun dili və danışıq tərzi, xalqların dini), cənubi Azərbaycanın azərbaycanlılardan deyil, digər milli azlıqlardan ibarət olmasını (Aran xalqları (talış, tat, ləzgi, avar və s.)) və cənubi Azərbaycanın İranın torpağı olmasını (Aranın İrandan ayrılması üçün tarixin təhrif olunaraq bu istiqamətdə nəzəriyənin qurulması və mədəni irsin yaradılması) dolayısı ilə qeyd etməyə çalışırlar.

Konfransda Azərbaycana aid məsələlərin müzakirə olunmasının nəzərdə tutulmasına baxmayaraq azərbaycanlı alimlərə və ziyalılara bu barədə müraciət edilməyib və onlar tədbirə dəvət olunmayıblar. Göstərilənlər İran İslam Respublikasının qədim cənubi Azərbaycan torpaqlarının özününküləşdirilməsi məqsədi ilə həmin ərazilərin İrana mənsub olması barədə dünya ictimayətinə həqiqətə uyğun olmayan məlumatlar çatdırması istiqamətində siyasət aparmasını təsdiq etməkdədir.//QayNar




Oxunub: 153 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax