08-02-2010

Barak Obamanın maşınının üstünə ağac budağı düşüb

Barak Obamanın maşınının üstünə ağac budağı düşüb Paylaş

Qar ABŞ-ı işıqsız qoyub

QayNar: Amerika Birləşmiş Ştatları son 100 ilin ən sərt qışlarından birini yaşayır. İki gün fasiləsiz yağan qar paytaxt Vaşinqtonu buz meydançasına çevirib. Şəhərdə yüz minlərlə insan elektrik enerjisiz qalıb. Şəhərdə fırtına bəzi ağacları kökündən çıxarıb. Soyuq hava şəraiti ilə əlaqədar təyyarə, qatar, avtobus səfərləri təxirə salınıb. Qarlı hava prezident Barak Obamaya da maneəçilik törədib. Belə ki, Obamanın çətinliklə hərəkət edən kortejindəki avtomobillərdən birinin üzərinə qarın ağırığından qırılan ağac budağı düşüb. Qəza zamanı xəsarət alan olmayıb.//QayNar




Oxunub: 119 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax