«Memar Əcəmi» stansiyasında bomba partlayacaq»
Paylaş
Bomba partlaması ilə bağlı edilmiş zəng təsdiqini tapmayıb
QayNaR: Dünən saat 13.21 radələrində naməlum şəxs DİN-in “102” Zəng Mərkəzinə zəng edərək «Sabah saat 11.00-da metronun «Memar Əcəmi» stansiyasında bomba partlayacaq» deyərək dəstəyi asıb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Araşdırmalar zamanı zəngin 6-cı mikrorayon, S.Məmmədova küçəsindəki taksofondan edilməsi müəyyən edilib. DİN-dən verilən məlumata görə, hazırda bilərəkdən yalan məlumat verən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. //QayNar
Oxunub: 199 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax