08-02-2010

İran ətrafında həlqə daralır

İran ətrafında həlqə daralır Paylaş

Körfəz dövlətlərinin ərazisində səkkiz «Pətriot» raket kompleksi yerləşdirilib

QayNar: Sabahdan başlayaraq, İran uranı 20 faizədək saflaşdırma fəaliyyətinə start verəcək. Rəsmi Tehranın bu addımından narahat olan Qərb, beynəlxalq təzyiqlərin gücləndiriləcəyi ilə bağlı bəyanatlar səsləndirib. İranın nüvə proqramı ətrafında gərginlik artır. Qaynar.info xəbərə verir ki, hir tərəfdən Qərb, digər tərəfdən isə İran nüvə probleminin həllində razılığa gələ bilmirlər. Hələlik tehrana qarşı sərt sanksiyalar barədə qərar qəbul olunmasa da, artıq Avstraliya bu ölkə üçün nəzərdə tutulan yüklərin göndərilməsini əngəlləyib. Birləşmiş Ştatlar isə İran körfəzində raketdən müdafiə sisteminin qurulmasını başa çatdırıb. Artıq körfəz dövlətlərinin ərazisində səkkiz «Pətriot» raket kompleksi yerləşdirilib. Görfəzdə hərbi gəmilərin sayının artırılması davam edir. Öz növəsində İran ötən həftə kosmik raketlərini fəzaya göndərməklə, ambisiyalarından geri çəkilməyəcəyini nümayiş etdirdi. Bir neçə gün öncə prezident Mahmud Əhmədinicat uranın xaricdə saflaşdırılmasına razı olduqlarını bəyan etmişdi. Dünənsə İran prezidenti ölkə əraisində 5 faizlik uranın 20 faizədək saflaşdırılması barədə göstəriş verib. Bu faktı İranın atom enerji təşkilatının rəhbəri Əli Əkbər Salehi də təsdiqləyib. O, prosesin fevralın 9-dan başlayacağını bildirib.

Qərbdə İranın bu niyyətini nüvə silahı yaradılmasına bir addım və altılıq ölkələrini təkliflərindən tam imtina kimi dəyərləndirirlər. İranın çoxfəndli oyunları qərb dövlətlərinin səbir kasasını artıq daşdırır. Çin istisna olmaqla, nüvə proqramının çözülməsinə məsul ölkələrin rəsmiləri İranla bağlı bəyanatlarını sərtləşdirirlər. Fransanın baş naziri Fransua Fiyon hərəkətə keçməyin lazımlığını bildirir. Birləşmiş Ştatlar və Böyük Britaniya Tehrana qarşı beynəlxalq təzyiqlərin gücləndiriləcəyini bəyan ediblər. Vaşinqton və Londonu Berlin də dəstəkləyib. Almanianın müdafiə naziri Karl-Teodor Quttenberqin fikrincə, İrana beynəlxalq içtimaiyyətin səbir kasasının daşdığını göstərmək lazımdır. Yalnız Çin rəsmiləri sanksiyalar barədə söz düşərkən onların əks effekt verəcəyini düşünür.

Rəsmi Pekin üçün İranın enerji sektorundakı iqtisadi və göosiyasi maraqları daha önəmlidir. Lakin bir məsələdə əksər analitiklər həmrəydirlər - yaxın zamanlarda İrana qarşı BMT çərçivəsində sərt sanksiyaların qəbul ediləcəyi və ya Birləşmiş Ştatlarla İran arasında hərbi münaqişənin yaşanacağı aktual deyil. İranın qərb dövlətləri ilə şıltaq oyunları isə olsa - olsa, hərbi güc və sanksiyaların artması barədə deyilən fikirlənin çoxalmasından başqa heç nəyə gətirib çıxamaryacaq. //QayNar




Oxunub: 113 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax