ASİ növbəti kampaniyaya start verdi
Paylaş
QayNar: Yeni yaradılmış “A+Z” Reportyorlar klubu ASİ klubla birləşdi. Reportyorlar Klubunun koordinatoru Ramin Deko Qaynar.info-ya açıqlamasında belə qərar vermələrinin səbəbini bu cür açıqladı: "ASİ ilə "A+Z"-nin niyyət və məramı bir olduğuna görə bu addımı atmağa qərar verdik. Həm də ASİ istər ad, istərsə də fəaliyyət baxımından daha çox iş görüb. Son zamanlar ASİ-lərin iş çoxluğundan fəaliyyətini daha geniş istiqamətdə apara bilməməsi, bizi onlarla birgə olmağa, ortaq bir mövqedən çıxış etməyə, hədəfə birgə zərbə vurmağa, dinamizmi artırmağa sövq etdi. Bundan sonra "A+Z" ASİ klubun nəzdində xüsusi reportyorlar klubu kimi fəaliyyət göstərəcək. Yəni "A+Z"-çilər eyni tərkibdə həm də ASİ klubda təmsil olunacaqlar".
Ramin Dekonun verdiyi məlumata görə, ASİ klub növbəti kompaniyasına başlayıb. Klubun koordiantorunun sözlərinə görə məhbəsdə olan jurnalistlər və gənc bloggerlərin azadlığa çıxması üçün imzatoplama kampaniyasına fevralın 9-dan start veriləcək: “İmzalar məhbəsdə olan Azad Söz adamlarının adına ayrı-ayrılıqda toplanacaq. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, o cümlədən bloggerlər Adnan Hacızadə və Emin Millinin (bloggerlər birgə) azadlığa çıxması üçün ölkə prezidentinə müraciət olunacaq. Hər məhbus üçün 1000 imza həddi aşılan kimi məktub ünvanına göndəriləcək.//QayNar
Oxunub: 162 dəfə. Şərhlər: 0
Forumda müzakirə et Bu xəbərə fikir bildir və ya şərhlərə bax