08-02-2010

Milli Kitab Mükafatının 10-luğunda kimi görmək istərdiniz?

Milli Kitab Mükafatının 10-luğunda kimi görmək istərdiniz? Paylaş

Yaşlı nasirlər yenə hədəfdə!

QayNar: Milli Kitab Mükafatına iddialı olan şəxslərin sıraları daraldıqca, rəqabət də artır. Artıq qısa siyahının (10-luq) açıqlanmasına çox az vaxt qalır. Bəs adı 20-likdə olan şəxslər kimi həmin siyahıda görmək istəyir? Mükafata iddialı namizədlərdən bir neçəsi Qaynar.info-nun sualını belə cavablandırdı:

Rafiq Tağı

- Əjdər Ol, İlqar Fəhmi, Həmid Herisçi, Şərif Ağayar, Taleh Şahsuvarlı, Əliabbas Bağırov və Nariman Əbdülrəhmanlı 10-luğa düşəcək yazıçılardı. Güman edirəm ki, onların adı həmin siyahıda olacaq.

Taleh Şahsuvarlı:

- Bu məsələ ilə bağlı mənim iki prinsipim var. Birincisi, hesab edirəm ki, Mövlud Süleymanlı və Seyran Səxavət yazıçı kimi öz mükafatlarını almış adamlardı. Onları 10-luqda görmürəm. İkincisi, roman janrlar arasında ən çətinidir. Ona görə də hesab edirəm ki, çağdaş ədəbiyyatda bu janrda yazanlar az olduğundan romanlara üstünlük verilməlidir. Fikrimcə, 10-luqda Əliabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Eyvaz Əlləzoğlu, Həmid Herisçı və özüm olmalıyam.

Əjdər Ol:

- Siyahıda olan müəlliflərin demək olar ki, hamısını tanıyıram. Mən Rafiq Tağını, Eyvaz Əlləzoğlunu, Şərif Ağayarı, rus nasirləri arasıda Samit Əliyevi 10-luqda görmək istərdim. Rusca yazılmış əsərləri də oxumuşam. Onlar arasında məni daha çox Samit Əliyev cəlb edir. Əliabbas Bağırovun da 10-luqda olması maraqlı olardı. Mənə gəldikdə, əgər sənədlərimi vermişəmsə, deməli, özümü də qaliblər arasında görmək istəyirəm.

Eyvaz Əlləzoğlu:

- Düzünü deyim ki, adı siyahıda olanların heç birinin əsərini oxumamışam. Ona görə də bilmirəm kim 10-luğa layiqdi, kim yox. Konkret kiminsə adını çəkə bilmərəm.

Rəna Yüzbaşıyeva:

- 20-likdə təmsil olunan hər kəs mükafatı almağa layiqdir. Düzdür, mən hamısının əsəri ilə, özü ilə tanış deyiləm, amma əminəm ki, layiqli yazıçı mükafatı alacaq.

Əliabbas Bağırov:

- Əslində mən 10-luğa iki nəfəri layiq görmürəm. Onlardan birinin adını çəkə bilərəm: Mövluq Süleymanlı. Çünki o, xalq yazıçısıdır, prezident təqaüdü alır. Bir yazıçı üçün nə lazımdırsa, hamısına layiq görülüb. Bu gün-sabah 70 yaşı olacaq. Bu adamın nə işi var müsabiqədə? Müsabiqə gənc istedadları üzə çıxarmaq üçündür. Qalan namizədlərin hamısını mükafata layiq görürəm. //QayNar




Oxunub: 101 dəfə.     Şərhlər: 2
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax