08-02-2010

Ermənilərindən Obamaya inanılmaz şərt!

Ermənilərindən Obamaya inanılmaz şərt! Paylaş

ABŞ-da ermənilərin Qondarma «soyqırım» layihəsinə yəhudi icması da dəstək verir

QayNar: Qondarma «soyqırım» layihəsi ABŞ Konqresinin nümayəndələr palatasının alt komitəsində martın 4-də səsverməyə çıxarılacaq. Azərbaycanlı ekspertlər bu dinləmələrin arxasında Birləşmiş Ştatların Yaxın və Orta Şərq maraqlarının dayandığını desə də, bundan rəsmi Vaşinqtonun da ziyan çəkəcəyi qənaətindədir. Qaynar.info-nun məlumatına görə, maraqlıdır ki, bu dəfə ermənilərə Amerikadakı yəhudi icması da dəstək verərək Obamadan qondarma qətnamənin qəbulunu tələb ediblər. Yəhudi və erməni icmalarının rəhbərləri internet vasitəsi ilə layihəni dəstəkləyən imza toplama kampaniyasına başlayıblar.

Yerli «Kaliforniya Kourer» qəzetinin baş redaktoru Arut Sasunyansa qətnamə qəbul olunmayanadək Barak Obamanı «Nobel» mükafatından məhrum etməyi təklif edib. Onun qənaətinə görə, əks halda Obama erməni icmasının dəstəyini itirəcək. İndiyədək Amerikanın 42 ştatı, Avropanın isə 10 dövləti tərəfindən qəbul edilən qondarma soyqırımın saxta olduğunu tarixi faktlar da sübut edir. Qətnaməni gündəmə gətirən Amerikadakı Erməni Milli Konqersinin sədri Ken Açikyan bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etdiklərini gizlətməyib. Onun fikrincə, qətnaməni federal səviyyədə qəbul etməklə Birləşmiş Ştatlar Türkiyənin apardığı siyasəti dəstəkləmədiyini nümayiş etdirəcək. //QayNar




Oxunub: 241 dəfə.     Şərhlər: 2
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax