Bölgələrdən seçilən deputatlar qarda seçiciləri ilə maraqlandılarmı?
Paylaş QayNar: Fevral ayının ilk həftəsində ölkə ərazisinə yağan bir neçə günlük qar həyatı iflic etdi desək,yanılmarıq. Hətta paytaxt Bakıda bir sıra ciddi problemlər yaşandı ki, fəsadları hələ də davam edir. Bəs rayonlarda vəziyyət necə olub, bölgələrdən seçilən deputatlar qarlı qış günlərində seçiciləri ilə maraqlanıblarmı?
55 saylı Xaçmaz ş
əhər seçki dairəsindən millət vəkili Lalə Abbasova Qaynar.info-ya açıqlamasında qarlı günlərdə seçicilərindən hər hansı müraciət almayıb: «Kimsə mənə rayonda hər hansı fövqəladə vəziyyətin olduğu barədə heç nə deməyib. Yəni, Xaçmaz şimal rayonu olduğu üçün bəlkə də orada əhali belə hava şəraitinə hazırdı. Amma təbbi ki, problemlər olmamış deyil. Elə bu məsələlərlə maraqlanmaq üçün sabah rayona gedəcəyəm».
95 sayl
ı Tərtər seçki dairəsindən seçilən deputat Aynur Camalqızı da seçicilərinin ona müraciət etmədiyini vurğuladı: «Əgər biz Bakıda bu zülmləri çəkdiksə, təbii ki, rayonda yaşayanlar da problemlərlə üzləşiblər. Amma mən konkret olaraq hər hansı şikayət qəbul etməmişəm».
104 sayl
ı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili Nazim Məmmədov isə soyuq günlərdə mütəmadi olaraq seçildiyi bölgə əlaqə saxladığını dedi: «Bu gün artıq mən seçildiyim bölgədəyəm. Qar yağan zaman Gədəbəyin Şınıx bölgəsi və Tovuzun Böyük Qışlaq kəndi ilə mərkəz arasında əlaqə kəsilməsi haqqında məlumat almışdım. Odur ki bura gəlməyi zəruri saydım.
Bu günd
ən etibarən seçicilərlə görüşmək və onların problemlərini araşdırmaq üçün 3 gün bölgədə olacam, kəndlərdə görüşlər keçirəcəm. Burda əhaliyə təqaüd və sosial yardımlarların hansı keyfiyyətlə verilməsi və digər sosial problemlərlə maraqlanacam. Eyni zamanda rayon icra hakimiyyətində keçirilən iclasda iştirak etməyi planlaşdırıram».//QayNar