31-12-2007

Abbas Lisani daha bir il müddətinə həbs cəzasına məhkum olunub

Abbas Lisani daha bir il müddətinə həbs cəzasına məhkum olunub Paylaş
İran azərbaycanlılarının haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani daha 1 il müddətinə həbs cəzasına məhkum olunub.
A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, A. Lisaniyə məhkəmə tərəfindən verilən cəza müddəti dekabrın 30-da bitsə də, bu gün keçirilən məhkəmədə ona daha bir il cəza verilib. O deyib ki, A. Lisaninin cəzasının uzadılmasına səbəb onun 2006-cı ildə Bəzz (Babək) qalasına yürüşün təşkilatçısı olması ilə əlaqələndirilib. A. Lisani cəzasının qalan hissəsini çəkmək üçün Əhər həbsxanasına göndəriləcək.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin iyununda, həmin ilin may hadisələrində təşkilatçılıqda təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi isə A. Lisanini 18 ay müddətinə həbs cəzasına məhkum edib.


Oxunub: 218 dəfə.     Şərhlər: 0
Forumda müzakirə et   Bu xəbərə fikir bildir və ya şərhlərə bax