
Yazarlar
|
||||
|
||||
|
||||
|
||||
İdman:
Həftənin xəbər hiti:
Arxiv:
Forumda müzakirə edin:
Abunə
Veb masterlər üçün
Reytinq
Son dəqiqə
10-07-2007
Paylaş
Həbs olunanlar və yaralananlar var
Babəkin doğum gününün Bəzz qalasında qeyd olunmasına yaradılan maneələrə etiraz əlaməti olaraq iyulun 7-də Təbriz şəhərində keçirilən aksiya İranın hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb.
Güney Azərbaycan İnformasiya Mərkəzindən (GAİM) Sirus Azadinin APA-ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları səhər saat 7:00-dan hazır vəziyyətə gətirilib və şəhəri nəzarət altına alıb. Saat 17:00-da aksiyanın başlanması ilə hüquq-mühafizə orqanları nümayiş iştirakçılarının üzərinə hücuma keçib. Bu zaman tərəflər arasında ciddi qarşıdurma baş verib. Nəticədə onlarla aksiya iştirakçısı yaralanıb və həbs olunaraq naməlum istiqamətə aparılıb. Tutulanların əksəriyyəti Təbrizdəki ali məktəblərin tələbələridir.