12-03-2010, 22:46 :: İqtisadiyyat

İlham Əliyev: "Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır" İlham Əliyev:

Azərbaycan prezidentinin sözlərinə görə, sahibkarların vəziyyətini yüngülləşdirməkdən ötrü bütün tədbirlər görüləcək


QayNar: Dövlət strukturları sahibkarların işinə yersiz müdaxilələrə son qoymalıdır. Bunu prezident İlham Əliyev Bakı Bisnez Mərkəzində keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda deyib. Azərbaycanın iqtisadi imkanlarının ... davamı »

12-03-2010, 23:23 :: Toplum

Müdafiə Nazirliyindən hərbi komissarlıqlara qadağa

Komissarlıqların 100-dən artıq işçisi 4 aydır ki, əmək haqqı almır


QayNar: Ölkənin hərbi komissarlıq sistemində çalışanlar bilərəkdən çökdürülür. Qaynar.info xəbər verir ki, bu barədə "Olaylar" məlumat yayıb. Xəbərə görə, artıq 4 aydır ki, respublikadakı hərbi komissarlıqlarda işçilərə maaş verilmir. Hərbi komisarlıqdakı mənbələrdən  verilən məlumata görə, Müdafiə Nazirliyinin ... davamı »

12-03-2010, 22:58 :: Mədəniyyət və Maqazin

Züleyxa Akçurina ailə qurmadan ana olmasına aydınlıq gətirdi

Model bu gün övladının atası ilə birlikdə toy mərasimində iştirak edəcək


QayNar: Yenicə ana olan model Züleyxa Akçurina Day.Az saytına müsahibə verib. Qaynar.info xəbər verir ki, Züleyxa Akçurina heç bir cərrahi müdaxilə olunmadan körpəsini dünyaya gətirdiyini və oğlunu ana südü ilə qidalandırdığını bildirib. Model ailə qurmadan övlad dünyaya gətirməsinə də aydınlıq gətirib.
O, sadəcə "Oğlumun ... davamı »

12-03-2010, 22:26 :: Toplum

NAZİM MƏMMƏDOV BƏZİ MƏTBU ORQANLARDAN NARAZIDIR

Deputat jurnalistləri diqqətli olmağa çağırdı


QayNar: Millət vəkili Nazim Məmmədov bəzi mətbu orqanlardan narazıdır.
Qaynar.info-ya açıqlama verən deputat deyib ki, bir sıra mətbu orqanlar onun səsləndirdiyi fikirləri ictimaiyyətə yalnış təqdim edirlər. N.Məmmədovun sözlərinə görə, bəzi jurnalistlər telefon vasitəsi ilə əlaqə saxlayıb açıqlama aldıqları üçün bir sıra ... davamı »

12-03-2010, 19:50 :: Toplum

Daha bir məktəbdə fövqəladə vəziyyət

Güclü külək 206 saylı orta məktəbin dam örtüyünü qopardı


Bu gün saat 16:30 radələrində güclü külək Bakı şəhərində 206 saylı orta məktəbin dam örtüyünü qoparıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata bildirilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağaməli oğlu küçəsində yerləşən ikimərtəbəli orta məktəb binasının dam örtüyü, təxminən, ... davamı »

12-03-2010, 17:04 :: Toplum

Şəhidlər Xiyabanında erməni yazısı

Yerə döşənmiş daşların üzərində erməni hərfləri aşkar edilib


Bu yaxınlarda Şəhidlər Xiyabanını ziyarət edən vətəndaşlardan biri maraqlı faktla rastlaşıb. Qarabağ veteranı Rüstəm İbrahimov yerə döşənən daşların üzərində erməni yazıları olduğunu görüb.
Veteranın sözlərinə görə, buradan dəfələrlə keçsə də bu yazılar gözünə dəyməyib. 20 Yanvar faciəsinin iyirminci ildönümündə ziyarət zamanı ... davamı »

12-03-2010, 16:50 :: Siyasət

«Müxalifətçilərin hökumətə etimadsızlıq göstərməsi axı nəyi dəyişir?»

Bahar Muradova:  «Müxalifət parlamentdə fraksiya yaratmaq üçün yetərli saya malik deyil»


QayNar: Martın 16-da hökumətin parlament qarşısında növbəti hesabatı gəlir. Bu baxımdan, hökumətin son birillik fəaliyyətini - xüsusilə də dünyada davam edən maliyyə-iqtisadi böhran şəraitində fəaliyyəti olduqca maraqlıdır. Bununla bağlı fikirlərini açıqlayan Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ... davamı »

12-03-2010, 16:13 :: QHT-lər

"Gənc Liderlər" Qarabağ müzakirələrinə başlayır

Deputatlar təşkilatın layihəsinə dəstək verdilər


QayNar: Bu gün «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) icrasına mart ayından start verilən  «Qarabağ müzakirələri» adlı layihənin açılışını keçirdi. Açılış  mərasimində millət vəkilləri, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştiak edirdi.
Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» UGT-nin sədri Fərid ... davamı »

12-03-2010, 15:07 :: Toplum

Bakıda yaşayış binası uçdu

Binanın bir müddətdir qəzalı vəziyyətdə olduğu bildirilir


Bakının Binəqədi rayonu ərazisində ikimərtəbəli yaşayış binası uçub.
Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 13:00 radələrində baş verib. Uçmuş bina Rəsulzadə qəsəbəsi, Əli Məmməd küçəsi, ev 10/11 ünvanında yerləşir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Binanın bir müddətdir ... davamı »

12-03-2010, 15:03 :: Siyasət

"ABŞ Dövlət Departamentinin hesabatı təzyiq vasitəsidir"

"Bəzi nöqsanlar mövcuddur, amma hesabatda bir qədər şişirdilib"


Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir.
"Mən ABŞ kimi demokratik imicli, obyektiv siyasəti olan bir ölkənin belə bir hesabat yaymasına təəssüf edirəm", - cümə günü Trend News-a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi ... davamı »

12-03-2010, 14:49 :: Siyasət

Medvedev Əli Həsənovu "Fəxri Fərman"la təltif etdi

PA-nın şöbə müdirinin Azərbaycan ilə Rusiya arasındakı ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsi sahəsində səmərəli xidməti dəyərləndirildi


Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Prezidentinin "Fəxri Fərmanı" ilə təltif edilib.
Rusiya Federasiyasının Prezidenti Dimitri Medvedevin sərəncamı ilə "Azərbaycan ilə Rusiya arasındakı ... davamı »

12-03-2010, 13:40 :: Siyasət

Prezident Administrasiyası: "Azərbaycan KİV sahəsində beynəlxalq normalara nail olmağa çalışır"

Bakıda KİV haqqında beynəlxalq konfrans başlayıb


Avropa Şurasının üzvü olan Azərbaycan media sahəsində beynəlxalq normalara nail olmağa çalışır.
Təbii ki, Azərbaycan kimi ölkələrdə kütləvi informasiya vasitələrinin inkişafı yolunda maneələr var, lakin Avropa Şurasının üzvü olan Azərbaycan beynəlxalq standart və normalara nail olmaq üçün mümkün olan hər şeyi edir, - Prezident Administrasiyasının ictimai-siyasi ... davamı »

12-03-2010, 11:47 :: İqtisadiyyat

Ziya Məmmədov: "Azərbaycanda pullu yollar olacaq"


Yaxın gələcəkdə Azərbaycanda ödənişli avtomobil yolları ola bilər. Nəqliyyat naziri Ziya Məmmədov hökumətin yolların yüksək keyfiyyətli saxlanması üçün bir sıra avtomobil yollarını pullu edəcəyini deyib.
Onun sözlərinə görə, yolların saxlanılması böyük məsrəflər tələb edir.
“Dövlət bu yolların yeni tikilməsindən sonra istənilən səviyyədə saxlanması üçün problemlərlə üzləşir. Bəzi ölkələrdə yollar pullu xidmət ... davamı »

12-03-2010, 11:30 :: Toplum

Azərbaycan sahillərində gəmi batdı

Fövqəladə Hallar Nazirliyi 16 nəfəri xilas etdi


Qaynar: Bu gecə Xəzərin Azərbaycan Respublikası ərazisində Rusiya bayrağı altında üzən, Mahaçqala limanında qeydiyyatda olan "Kayakend" gəmisində qəza vəziyyəti yaranıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, saat 01:33-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası ... davamı »

11-03-2010, 23:37 :: Toplum

ALMANİYADAKI ERMƏNİLƏRİN FIRILDAQLARI- EKSKLÜZİV

Onlar bu ölkədə ağır cinayətlər törədib özlərini azərbaycanlı kimi qələmə verirlər


QayNar: «Almaniyada yaşayan ermənilər bu ölkədə də öz çirkin əməllərini davam etdirirlər. Onların tərbiyəsizliyi üzündən azərbaycanlıların bu ölkədəki nüfuzu ciddi şəkildə aşağı düşür». Bu sözləri Qaynar.info-ya Almaniyadakı soydaşlarımız deyiblər. Onların sözlərinə görə, əsasən Almaniyanın Berlin, ... davamı »

11-03-2010, 20:26 :: Dünya

C.Bayden: "Amerikanın İsraildən yaxın dostu yoxdur"

ABŞ-ın vitse-prezidenti İsraili fələstinlilərlə sülhün əldə olunması istiqamətində ciddi səylər göstərməyə çağırıb


QayNar: Birləşmiş Ştatların yəhudi dövlətindən savayı yaxın dostu yoxdur. Bunu İsraildə səfərdə olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib.
Bayden İsraili fələstinlilərlə sülhün əldə olunması istiqamətində ciddi səylər göstərməyə çağırıb. O həmçinin tərəfləri ... davamı »

11-03-2010, 20:05 :: Sosial

Məmur övladlarını narkotest gözləyir

Məmur övladları arasında narkotacirlərin olduğu deyilir

QayNar: Ölkədə yüksək rütbəli məmurların övladları arasında narkomaniyanın yayılması rezonans yaradıb. Qaynar.info "Olaylar"a istinadən xəbər verir ki, artıq bu biabırçılıq ölkədə yuхarı səviyyədə müzakirəyə çıхarılıb. Etibarlı mənbədən verilən məlumata görə, bu məsələ ilə bağlı hökumətdə aparılan cildi müzakirələrdən sonra ... davamı »

11-03-2010, 19:45 :: Siyasət

Serj Sarkisyan Türkiyəni Fransadan hədələdi

Ermənistan Türkiyə ilə imzalanan protokollardan imzasını geri çəkə bilər


Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan yenidən Türkiyəni hədələyib. O, “Le Figaro” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Ermənistan Türkiyə ilə imzalanan protokollardan imzasını geri çəkə bilər.
Türkiyə rəsmilərinin son açıqlamalarının yaxın gələcəkdə protokolların təsdiqləməyəcəyi anlamını verdiyini deyən ... davamı »

11-03-2010, 16:13 :: Siyasət

Qoran Lenmarker: "Azərbaycanda məğlubiyyət sindromu var"

Ermənistan mətbuatının məlumatına görə, ATƏT nümayəndəsi İrəvanda çıxışı zamanı belə deyib


QayNar: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, çünki hər il iki ölkə arasında mövcud olan sərhəddə hər iki tərəfdən xeyli sayda insanlar həlak olur və bu gənc insanlar təhsil almaq əvəzinə illərlə səngərlərdə olurlar. Qaynar.info xəbər verir ki, bu barədə ATƏT-in Parlament ... davamı »

11-03-2010, 15:25 :: Toplum

Şeyxülislam: "Çox arzu edərdim ki, Qaregin Bakıya gəlsin"

Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib


Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçiriləcək zirvə görüşünün aprelin 27-dən 29-dək keçiriləcəyini deyib.
Onun sözlərinə görə, tədbirə hazırlıq işləri yüksək səviyyədə keçirilir. A. Paşazadə belə ... davamı »

11-03-2010, 14:04 :: Mədəniyyət və Maqazin

"Mən o kadrlara baxanda utanmıram"

Xuraman Şuşalı "Yağ kimi"də yaşananlara reaksiya verdi


QayNar: ATV-nin “Yağ kimi” verilişinin Yaqut Babayevanın evindəki çəkilişi zamanı Xuraman Şuşalının mobil telefonda öz görüntülərini görəndən sonra səhhətinin pisləşməsi verilişin anonslarında xüsusi qabardılıb. Bu isə  müğənninin hansısa porno görüntülərinin olması barədə şayiələrin yaranmasına yol açıb.
Qaynar.info milli.az-a ... davamı »

11-03-2010, 13:49 :: Dünya

Dünyanın ən varlı şəxslərinin siyahısı açıqlandı

QayNar: «Forbes» dünyanın ən varlı şəxslərinin siyahısını açıqlayıb. Qaynar.info xəbər verir ki, jurnalın araşdırmasına görə ötən illə müqayisədə bu il milyarderlərin sayı artıb. Qlobal iqtisadi böhranın aradan qalxması belə bir duruma səbəb olub. 2009-cu ildə böhranla əlaqədar milyarderlərin sayı azalaraq 793 olduğu halda , bu il bu göstərici 1011- ə yüksəlib. Dünyanın ən varlı şəxsi siyahısında ilk yeri isə ... davamı »

11-03-2010, 13:27 :: Siyasət

"Əli Kərimlinin İsa Qəmbərlə birliyi baş tutan deyil"

Cümşüd Nuriyev: "Çünki onlar bir-birinin qanını içməyə hazır olan şəxslərdir"


QayNar: Müsavat başqanı İsa Qəmbərin Müsavat-AXCP-KXCP birliyinin yaradılması təklifini irəli sürməsindən sonra bəzi şəxslər bu formatda ittifaqın yaranacağına ümid bəsləyirdilər. Ən azı adıçəkilən rartiyalara yaxın olan qəzetlərdə bu istiqamətdə təbliğat işinin qurulması belə düşünmək üçün əsas verir. Ancaq ... davamı »

11-03-2010, 12:59 :: Siyasət

"Fransa Ermənistanın keçmişdə də indi də dostudur"

Nikola Sarkozi fransız-erməni dostluğundan danışdı


QayNar: Fransa prezidenti Nikola Sarkozi, Ermənistan prezidenti Serj Sarkisyanla martın 10-da Parisdə Yelisey sarayındakı görüşündə " Hər vaxt Ermənistanın yanında olan Fransa, Ermənistanın keçmişdə də indi də dostudur" deyib.
Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, Sarkisyan iki ölkə arasındakı siyasi dialoq səviyyəsini olduqca təqdir edib. ... davamı »

11-03-2010, 11:25 :: Kriminal

Türkiyənin Bakıdakı səfirliyinə maşın çırpıldı

Maşın yararsız hala düşüb, səfirliyə isə ziyan dəyib


QayNar: Bu gecə Bakının Nəsimi rayonu ərazisində, Rəşid Behbudov və Bakıxanov küçələrinin yol qəzası baş verib. Qaynar.info xəbər verir ki, sükan arxasında əyləşən xanım sürücü olub. 28 yaşlı Vüsalə Həsənova idarə etdiyi “Mercedes” markalı maşınla Rəşid Behbudov küçəsi ilə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə ... davamı »

11-03-2010, 11:12 :: Siyasət

«Musa Musayev yaxşı işləmədiyi üçün vəzifəsini itirdi»

Bəxtiyar Sadıqov: ««Azərbaycan» qəzetinin tənqidləri əsaslıdır»


QayNar: Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayevin mətbuatda «Azərbaycan» qəzetinin ünvanına sərt tənqidləri dərc edilmişdi. Xatırladaq ki, adıçəkilən qəzet Musa Musayevin rayonu inkişafdan saxladığını yazmışdı. 
«Azərbaycan»a cavab verən sabiq başçısı qəzetin ondan heyif çıxdığını bildirmişdi: ... davamı »