RSS müxtəlif internet saytları tərəfindən təqdim olunan xəbər, anons və s. məlumatları bir mühitdən toplu olaraq izləmək imkanı verən, XML texnologiyasına əsaslanan yeni bir metoddur. RSS – Real Simple Syndication, RDF Site Summary veya Rich Site Summary (Zəngin Sayt Xülasəsi) sözlərinin abrevaturasıdır.
RSS servisi verən saytların hazırladıqları XML fayllara (digər adı ilə RSS Feedlərə) bir çox proqramlarla bağlanmaq mümkündür. RSS oxuyucusu (oxuyan və ötürən) olan bu proqramlar veb bələdçi (brouser) və ya e-poçt müştəri olduğu kimi sadəcə RSS məzmunu oxumaq uçun nəzərdə tutulan veb əsaslı və ya tətbiqi proqramlar da ola bilər.
RSS oxuyucu RSS Feedlərin oxunmasını, həmçinin göstərilmiş hiper körpüyə keçmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı proqram və ya proqram hissələridir. Bu proqramı kömpüterinizə yükləməklə siz QayNar portalın xəbərlərini, həmçinin digər sevimli saytlarınızı bir mərkəzdən izləmək imkanı qazanacaqsınız.
Əgər sizdə oxuyucular normal sazlana bilmirsə və ya oxuyucu seçimində çətinlik çəkirsinizsə o zaman www.google.az serverinə kömək üçün müraciət edin.
Yox, əgər problem bizim RSS servisimizdə olsa onda bizim e-poçtumuza bu barədə məlumat yazsanız şad olarıq.